Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Goranboyda icra başçısı şəhid ailələri ilə görüşdü - Fotolar

Tarix: 28-05-2026 14:20     Baxış: 1 470

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qurban Bayramı münasibəti ilə rayonun Tatarlı kəndində şəhid Rzayev Səməd Fizuli oğlunun ailəsinin yaşadığı evdə şəhid ailələri ilə görüşdü.

Mubarizciler.az xəbər verir ki, Rayon rəhbəri şəhid ailələrinin üzvlərini müqəddəs Qurban Bayramı münasibətilə təbrik edərək, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirdi.

 Görüş zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad olunaraq, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağı vurğulandı. Səmimi söhbət şəraitində keçən görüşdə şəhid ailələrinin qayğı və təklifləri dinlənildi, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. İcra başçısı şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışaraq, onların daim diqqət mərkəzində saxlanıldığını bildirildi. Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən Qurban Bayramı münasibətilə ümumilikdə 500-dən çox ailəyə, o cümlədən şəhid ailələri, qazilər və digər imtiyazlı ailələrə bayram sovqatları çatdırılıb. Bu təşəbbüs bayram günlərində həssas sosial qruplara dəstək göstərilməsini və onlara xüsusi diqqətin ifadəsi məqsədini daşıyır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar