Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Goranboyun İcra başçısı rayon ağsaqqalı Adil Rzayevi yubileyi ilə bağlı evində ziyarət etdi Fotolar

Tarix: 18-05-2026 15:16     Baxış: 1 918

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayon ağsaqqallar şurasının sədri, şuranın üzvləri və ictimai fəallar Rzayev Adil Xurşud oğlunu 70 illik yubileyi ilə bağlı evində ziyarət etdilər.

Mubarizciler.az xəbər verir ki, çay süfrəsi arxasında keçən səmimi görüşdə onu xoş arzuları ilə təbrik etdilər, sağlamlıq və firavanlıq arzuladılar. Rayon rəhbəri  Goranboy rayonunda təhsil sahəsində uzun müddət səmərəli fəaliyyətinə, rayonun ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibəti ilə Adil Rzayevə icra başçısının fəxri fərmanını təqdim etdi.

Bu cür səmimi görüşlər rayon rəhbərliyinin ağsaqqallara hörmətə və ənənələrimizin qorunmasına göstərdiyi diqqət və qayğının təzahürüdür.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar