Xəbər lenti
14-05-2026, 00:18
 
13-05-2026, 13:44
 

Heydər Əliyevin əsasını qoyduğu tarixi nailiyyətlər bu gün real nəticələrlə davam edir

Tarix: 18-05-2026 15:08     Baxış: 861

Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ənənələri qorunur.Dahi şəxsiyyət Azərbaycanın bu gün də davam edən uğurlarında yaşayır. Onun müdrik ideyaları ölkəmizin gələcəyə yönəlmiş strateji hədəflərini müəyyən edir.

Bu gün hər birimiz böyük qürurla müşahidə edirik ki, Heydər_Əliyevin milli dövlətçilik ideallarını ən yüksək səviyyəyə çatdıraraq tarixin möhtəşəm Azərbaycanını yaradan  İlham Əliyev də dünyanın qüdrətli liderləri sırasında öz adını şərəflə həkk etdirib. Ulu Öndərin Azərbaycanın gələcəyi ilə bağlı böyük ideallarının həyata keçirilməsi indi İlham Əliyevin missiyasıdır. Dövlət rəhbərimiz öz tarixi missiyasını əzmlə həyata keçirir. Onun ölkəmizə qazandırdığı nailiyyətlər təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının, islam aləminin gələcəyinə işıq salır. Dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın  timsalında Azərbaycan bəşəriyyətə sevgini, şəfqəti, xeyirxahlığı, maarifi, mədəniyyətlərarası dialoqu, sülh və tolerantlığı aşılayır, ölkələr və cəmiyyətlər arasında mənəvi körpüyə çevrilir. Bu gün çox qürur duyuruq ki, Ulu Öndərimizin irsini, müqəddəs yolunu davam etdirən, Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından birinə çevrilən məkan - Heydər Əliyev Fondu var. Ulu Öndərimiz həyatı boyu mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı oldu və sevinirəm ki, Heydər Əliyev Fondu da bu dəyərləri  layiqincə dünyada təbliğ edir. Yəni Heydər Əliyev irsinin yaşadığını, demək onun özünün də mənən yaşadığını hər gün sübut edir. Hörmətli Mehriban xanım Əliyevanın səyləri, Ulu Öndərin irsinə olan dərin sevgisi və bağlılığı nəticəsində xalqımız Heydər Əliyev Fonduna elə Heydər Əliyevin özü kimi yanaşır, dar günündə çəkinmədən ora müraciət edir, ordan yardım istəyir, ordan mədət umur. Azərbaycanı belə bir ucalıqda görmək Heydər Əliyevin də ən böyük arzusu idi. Əminik ki, nə qədər ki Azərbaycan var Heydər Əliyev ideyaları da yaşayacaq, ölkəmizi və xalqımızı daha böyük zirvələrə, nailiyyətlərə aparacaq.



Tarixin səhifələri qəzeti.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar