Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda icra başçısı intensiv bağçılıq təsərrüfatına baxış keçirdi Fotolar

Tarix: 18-05-2026 08:12     Baxış: 1 386

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhərdə fəaliyyət göstərən intensiv bağçılıq təsərrüfatına baxış keçirdi. Orada yetişdirilən meyvələrin inkişaf səviyyəsi, əkin proseslərinin təşkili, torpaq və suvarma şəraiti, həmçinin məhsuldarlığın artırılması imkanları müzakirə edildi.

Mubarizciler.az xəbər verir ki,  İcra başçısı bağçılıq təsərrüfatının sahibi ilə görüşərək, istehsalın artırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi və istehsal proseslərinin müasir texnologiyalarla təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verdi. Eyni zamanda, yerli əhalinin bu sahədə məşğulluğunun genişləndirilməsi və istehsalın davamlılığının təmin olunması məsələləri müzakirə olundu. Baxış zamanı həmçinin təsərrüfatın cari fəaliyyətinin yaxşılaşdırılması, resurslardan səmərəli istifadə olunması və məhsul çeşidinin artırılması ilə bağlı təkliflər dinlənildi. İcra başçısı əkin proseslərinin diqqətlə planlaşdırılmasının və məhsulun bazara çıxarılmasının vacibliyini vurğuladı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar