Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Daha bir itkin şəhidin qalıqları tapıldı - Fotolar

Tarix: 17-05-2026 00:19     Baxış: 1 743

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhidin nəşinin qalıqları tapılıb.

Mubarizciler.az ın əldə etdiyi məlumata əsasən şəhid Piriyev Rəşadət Əli oğlunun nəşi müvafiq dövlət qurumları tərəfindən aparılan araşdırma və identifikasiya tədbirləri nəticəsində tapılıb.

Məlumata görə, şəhidin nəşi yaxın günlərdə ailəsinə təhvil veriləcək.

Şəhid Piriyev Rəşadət Əli oğlu mayın 22-si Bərdənin Yeni Daşkənd kəndində dəfn olunacaq.

Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1 oktyabr 1973-cü ildə Bərdə rayon Yeni Daşkənd kəndində anadan olub. Kəlbəcər, Laçın, Ağdam, Ağdərə uğrunda gedən ağır döyüşlərdə həm rabitəçi operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi iştirak edib.

11 fevral 1994-cü ildə Kəlbəcərin Yanşaq kəndi uğurunda gedən döyüşlərdə şəhid olub.

(Qafqazinfo)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar