Rəşad Tağıyev şəhid anasını ziyarət edib Fotolar + Yenilənib

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Beynəlxalq Ailə Günündə 1-ci Qarabağ müharibəsi şəhidi İsə Vəliyevin anası Zemfura Vəliyevanı 80 illik yubileyi münasibətilə yaşadığı evdə ziyarət edib.
Mubarizciler.az xəbər verir ki , görüş zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olundu, ailənin keçdiyi şərəfli və qürurlu həyat yolundan bəhs edildi. Bildirildi ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarını və onların ailələrini daim yüksək ehtiram və minnətdarlıq hissi ilə anır.
Şəhid ailəsi ilə söhbətimizdə bildirdik ki, 15 May – Beynəlxalq Ailə Günü dünyada ailə dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ailələrin sosial rifahının yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və sağlam ailə institutunun möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Görüşdə şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, onların istək və təkliflərini dinlədik, Zemfura Vəliyevanı yubileyi münasibətilə bir daha ürəkdən təbrik etdik. Göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edən Zemfura Vəliyeva dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının hər zaman hiss olunduğunu bildirdi. Şəhidimizin anası qeyd etdi ki, Prezident cənab İlham Əliyevin şəhidlərimizlə bağlı çıxışlarında səsləndirdiyi fikirlər hər bir şəhid ailəsi kimi onu da qürurlandırır və təsirləndirir. Məlumat üçün bildirək ki, Zemfura Vəliyevanın oğlu İsə Vəliyev I Qarabağ müharibəsi şəhidi, digər oğlu Rövşən Vəliyev isə I Qarabağ qazidir. Həmçinin nəvəsi Rəşad Yusubov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb, digər iki nəvəsi isə Vətən müharibəsi veteranıdır.
Bəxtiyar Hüseynov
Tarixin səhifələri qəzetinin bölgə müxbiri,
İctimai-fəal.

Xəbəri paylaş







































0772703001 