Şəmkirdə şəhid Babək Namazovun doğum günü məzarı ziyarət edilib Fotolar

Bu gün Vətən mühaibəsinin şəhidi Babək Namazovun doğum günüdür.
Doğum günündə Şəmkir RİH-nin məsul əməkdaşları, şəhid ailə üzvüləri, kənd sakinləri və məktəblilər şəhidin məzarını ziyarət edərək önünə tər güllər düzmüş, əziz xatirəsini ehtiramla yad edərək keçdiyi şərəf yoluna nəzər salmışdılar.
Mubarizciler.az xəbər verir ki, Babək Namazov 1994-cü il mayın 15-də Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Babək Namazov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarışlardan sonra Babək Namazovun nəşi 20 fevral 2021-ci ildə tapılaraq ailəsinə təhvil verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" “Xocavəndin azad edilməsinə görə” "Cəbrayılın azad olunmasına görə" "Kəlbəcərin azad olunmasına görə" “Şücaətə görə” medalları və "Azərbaycan Bayağı" ordeni ilə ilə təltif edilib.

Bəxtiyar Hüseynov
Tarixin əhifələri qəzetinin bölgə müxbiri, İctimai-fəal.
Xəbəri paylaş







































0772703001 