Xəbər lenti
15-09-2026, 17:52
 

Xocavəndin İcra başçısı Abşeronda səyyar qəbul keçirdib Fotolar

Tarix: 15-05-2026 22:22     Baxış: 1 113

14 may 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Abşeron rayonu, Gənclər şəhərciyi, 10 saylı Xırdalan  şəhər  tam orta məktəbin binasında Abşeron rayonu və ətrafında  məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. 

Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı qəbulda çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi çoxsaylı xarici səfərlər və ali səviyyəli görüşlər ölkəmizdəki daxili sabitliyin qorunmasına, milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunmasına və Azərbaycanın beynəlxalq arenadakı strateji maraqlarının müdafiəsinə birbaşa xidmət edir. Qeyd edilmişdir ki, Qarabağda həyata keçirilən "Böyük Qayıdış" proqramı  uğurlu icra olunur. Yaxın günlərdə Quzey Xırman və Güney Xırman kəndlərinə 150 ailə köçürüləcəkdir. Ümumilikdə 2025-ci ilin oktyabrı ayından bu günədək Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 3317 nəfər - 809 ailə öz doğma yurd yuvalarına qayıdıb. 

Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar