Xəbər lenti
15-09-2026, 17:52
 

Məhərrəm Quliyev qəzalı vəziyyətdə olan binaların söküntü işlərinə yerində baxış keçirdi - Fotolar

Tarix: 15-05-2026 16:27     Baxış: 2 863

Goranboyda icra başçısı qəzalı vəziyyətdə olan binaların söküntü işlərinə yerində baxış keçirdi

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aiddiyəti xidmət sahələrinin rəhbərləri ilə birgə şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı vəziyyətdə olan 5 mərtəbəli, 60 mənzilli və 2 mərtəbəli 16 mənzilli yaşayış binasının söküntü işlərinə yerində baxış keçirdi. Görüləcək işlərlə bağlı müzakirələr aparıldı,  rayon rəhbəri tərəfindən bununla bağlı aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyələr verildi.

Məlumat üçün bildiririk ki, qəza baş vermiş  5 mərtəbəli, 60 mənzilli bina 1988-ci ildə inşa edilmiş və 1992-ci il tarixində istifadəyə verilmiş, binada 46 mənzil sahibi (168 ailə üzvləri ilə birgə) daimi, 11 icarəçi (37 ailə üzvləri ilə birgə) müvəqqəti olaraq yaşayırdılar, 3 mənzildə  isə yaşayış yox idi. Hadisədən sonra, bina sakinləri kirayə evlərə yerləşdirilmiş, onların kirayə xərclərinin ödənilməsi dövlət tərəfindən təmin edilmişdir. Yeni binaların tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar