Xəbər lenti
13-05-2026, 13:44
 
8-05-2026, 14:49
 

Goranboyda Şahmat idman növü üzrə turnir keçirildi - Fotolar

Tarix: 14-05-2026 23:16     Baxış: 735

01-14 may 2026-cı il tarixlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, YAP Goranboy rayon təşkilatı və Goranboy UGİŞM-in birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qız və oğlanlar arasında Şahmat idman növü üzrə Goranboy rayon turniri keçirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov və digər çıxış edən natiqlər Ümumilli Lider Heydər Əliyevin gənclərə və idmana göstərdiyi diqqət və qayğıdan söz açdılar.

 Goranboy rayonunda da idmana xüsusi diqqət və qayğının göstərildiyini, bütün idman növləri ilə yanaşı şahmat idman növünündə sürətlə inkişaf etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Turnir 4 yaş qrupu üzrə oğlan və 3 yaş qrupu üzrə qızlar arasında keçirilməklə 70-ə yaxın şahmatçı qalibiyyət uğrunda mübarizə apardı. Turnirin yekununda hər yaş qrupu üzrə yer tutmuş idmançılar təşkilat komitəsinin diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.


Gallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery Image






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar