Gəncədə Heydər Əliyevlə bağlı tədbir keçirilib - Fotolar

Kəlbəcər rayon İcra Hakimiyyətinin və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir” mövzusunda tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon prokuroru İlkin İsmayılov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə-müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Heydər Əliyev Mərkəzin qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, ruhuna ehtiramları ifadə olunub, daha sonra Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən stendlərə baxış keçirilib.Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlər Azərbaycan şəhərsalma və memarlığının inkişafında keyfiyyətcə yeni, yüksəliş mərhələsi kimi xarakterizə olunur. Bu dövrdə milli memarlıq ənənələrinin müasirliklə sintezi, kompleks şəhərsalma və infrastrukturun modernləşdirilməsi əsas götürülmüşdür.Eyni zamanda Ulu Öndər Heydər Əliyev klassik milli memarlıq üslubunun müasir binalarda tətbiqinə xüsusi önəm vermiş, həmçinin tarixi-mədəni irsin qorunmasına nail olmuşdur.1993-cü ildən sonra Ümummilli Liderin rəhbərliyi ilə ölkədəki sabitlik sayəsində beynəlxalq standartlara cavab verən yeni şəhərsalma modeli formalaşmışdır.Azərbaycan Respublikasında 2026-cı ilin «Şəhərsalma və Memarlıq İli» elan edilməsi, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu bu fundamental memarlıq strategiyasının davamı və onun xatirəsinə hörmət kimi qiymətləndirilir.
Daha sonra çıxış edən natiqlər YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının, Memarlıq və tikinti məsələləri sektorunun müdiri Eldəniz Mamedov qeyd etmişdirlər ki, Azərbaycanın müasir şəhərsalma modeli uzunmüddətli strateji baxışa əsaslanır və bu siyasətin təməlini Ulu Öndər Heydər Əliyev qoyub. Onun rəhbərliyi dövründə şəhərsalma yalnız tikinti prosesi kimi deyil, milli kimliyin, mədəniyyətin və müasir inkişafın mühüm hissəsi kimi qiymətləndirilib. Vurğulanıb ki, Heydər Əliyevin şəhərsalma siyasəti üç əsas prinsipə söykənirdi: milli memarlıq üslubunun qorunması, şəhərlərin sistemli planlaşdırılması və uzunmüddətli strateji inkişaf. Bu prinsiplər bu gün də Azərbaycanın şəhərsalma siyasətində əsas istiqamət kimi qalır.
Hazırda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiya yeni innovativ yanaşmalarla davam etdirilir. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, yaşıl enerji və rəqəmsal idarəetmə sistemləri müasir şəhərsalma siyasətinin əsas elementlərinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri isə Azərbaycanın yeni şəhərsalma modelini nümayiş etdirir. Bakı bu gün yalnız Azərbaycanın paytaxtı deyil, həm də beynəlxalq şəhərsalma mərkəzlərindən birinə çevrilib. Azərbaycanın WUF13 forumuna ev sahibliyi etməsi isə Heydər Əliyev tərəfindən əsası qoyulan şəhərsalma strategiyasının uğurlu və davamlı inkişafının məntiqi nəticəsidir.

Xəbəri paylaş






































0772703001 