Xəbər lenti
15-09-2026, 17:52
 

Tərtər Rayon İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib Fotolar + Yenilənib

Tarix: 12-05-2026 19:51     Baxış: 938

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Baku–Khankendi Azerbaijan Cycling Race" beynəlxalq velosiped yarışının 14 may 2026-cı il tarixdə 5-ci mərhələsinin Tərtər rayon ərazisindən start götürülməsi ilə əlaqədar hazırlıq işlərinin son icra vəziyyətinə dair geniş aparat müşavirəsi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəsisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri və məktəb direktorları iştirak ediblər.

Rayon rəhbəri "Baku–Khankendi Azerbaijan Cycling Race" beynəlxalq velosiped yarışına hazırlıqla əlaqədar görülən tədbirlər çərçivəsində yolkənarı ərazilərdəki yaşıllıq sahələri, ictimai nəqliyyat dayanacaqları və hasarların səliqəyə salınması, eləcə də iştirakçıların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə aidiyyəti qurumların nümayəndələrinə işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar