Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboy RİH-də müşavirə keçirildi - Fotolar

Tarix: 12-05-2026 17:57     Baxış: 1 673

Goranboy rayon İcra Hakimiyyətinin başçısı müşavirə keçirdi

Mubarizciler.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Baku–Khankendi Azerbaijan Cycling Race" beynəlxalq velosiped yarışının 4-cü mərhələsinin marşurut xəttinin 13 may tarixində Goranboy rayon ərazisindən keçməsi ilə əlaqədar hazırlıq işlərinin son icra vəziyyətinə dair Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev müşavirə keçirdi.

Yarışın marşrutu istiqamətində yerləşən inzibati ərazi dairələri üzrə nümayəndələrin, idarə, müəsisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə rayon rəhbəri "Baku–Khankendi Azerbaijan Cycling Race" beynəlxalq velosiped yarışına hazırlıqla əlaqədar görülən tədbirlər çərçivəsində yolkənarı ərazilərdəki yaşıllıq sahələri, ictimai nəqliyyat dayanacaqları, yeraltı keçidlər və hasarların səliqəyə salınması, eləcə də iştirakçıların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə aidiyyəti qurumların nümayəndələrinə işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı konkret tapşırıqlar verdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar