Xəbər lenti
8-05-2026, 14:49
 

Xocavənddə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib Fotolar

Tarix: 10-05-2026 20:58     Baxış: 679

10 may 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin və YAP Xocavənd rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Heydər Əliyev: Memarlıq və şəhərsalma irsi" adlı tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Rəsmi və bədii hissədən ibarət tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri  və ictimaiyyət nüməyəndələri iştirak etmişlər. 

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Xocavənd rayon Mədəniyyət evində baş tutan rəsmi hissə Dövlət Himninin səsləndirilməsi ilə  açıq elan edilib.  Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, memarlıq və şəhərsalma ilə bağlı fəaliyyəti haqqında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ulu öndərin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olmasından söhbət açmış, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymasından bəhs etmişdir.  Başçı bildirib ki, Ümummilli Lider xalqın dövlətçilik təfəkkürünü və mənəvi dəyərlərini inkişaf etdirən, zənginləşdirən və istiqamətləndirən, eyni zamanda, gələcək onilliklərin çağırışlarını qabaqcadan görən, onu sanki bir memarlıq layihəsi kimi qiymətləndirən və bu layihənin reallığa çevrilməsi üçün dayanmadan çalışan dahi rəhbər və güclü ideoloq olmuşdur. Çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov Ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtəsi olan Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin gələcək inkişafının möhkəm təməlini qoymasından, 1992-ci ilin noyabr ayında Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyasının xalqın tələbi və zərurətindən yaranaraq qısa müddətdə ümumxalq partiyasına çevrilməsindən, məhz bu siyasi təşkilatın fəaliyyəti nəticəsində ölkədə sabitliyin bərpa olunmasından, dövlətçilik prinsiplərinin möhkəmlənməsindən və Azərbaycanın davamlı inkişaf strategiyasının müəyyən edilməsindən bəhs etmişdir. Tədbirdə digər çıxış edənlər bildiriblər ki, şəhərsalma mühitinin inkişafına Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir, çünki bir ölkənin yaşayış məkanlarının, kənd, qəsəbə və şəhərlərinin simasının dəyişməsi uzunmüddətli inkişaf strategiyasının necə həyata keçirildiyi haqqında fikir formalaşdıran əsaslardan biridir.Paytaxt və regionlara gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri istehsal kompleksləri, müasir yollar, yaşıllıq zonaları, istirahət ocaqları yaradılmışdır. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən quruculuq siyasəti Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi inkişafında mühüm rol oynamışdır.  Tədbirin bədii hissəsində Rayon Musiqi məktəbinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar