Xəbər lenti
10-11-2026, 14:20
 

Atasının Prezidentlə söhbəti gündəm olan - Şəhid Samirin döyüş yolu

Tarix: 10-05-2026 19:14     Baxış: 1 505

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında sakinlərə mənzillərin açarlarını təqdim edərkən Vətən Müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə təsirli söhbət edib.

 Mubarizciler.az bu məqamda şəhid Sarıyev Samirin keçdiyi döyüş yolunu bir daha xatırladır.

Sarıyev Samir Əli oğlu 1993-cü il 11 noyabrda Şirvanda dünyaya gəlib.

Vətən müharibəsinə könüllü yollanan Samir Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaətlə iştirak edib.

23 oktyabrda Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, medalları ilə tətif edilib. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar