Xəbər lenti
15-09-2026, 17:52
 

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar

Tarix: 10-05-2026 17:25     Baxış: 1 169

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.

Mubarizciler.az xəbər verir ki, sonra dövlət başçısı Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.

***

“PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlət başçısına görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.

Dövlət başçısı yeni hotelin təməlini qoyub.

(Prezidentin Mətbuat xidməti)





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar