Xəbər lenti
25-07-2026, 19:27
 

Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət etdi Fotolar + Yenilənib

Tarix: 04-05-2026 11:02     Baxış: 1 344

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu, Yuxarı Qapanlı kəndində şəhid Hacıyev Rüstəm Firqani oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov və rayonun baş axundu da iştirak ediblər.

Anar Məmmədov Rüstəm Hacıyev kimi qəhrəman oğullarımızın sayəsində torpaqlarımızın azad edildiyini vurğulayaraq, şəhid ailələrinin dövlətin hər zaman diqqət mərkəzində olduğunu bildirib.

Ziyarət zamanı ailənin sosial məişət şəraiti ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar