Xəbər lenti
15-09-2026, 17:52
 

Şirvanda dövlət ittihamçılarının regional iclası keçirilib Fotolar

Tarix: 04-05-2026 10:48     Baxış: 1 337

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası Şirvan Apellyasiya məhkəməsinin yurisdiksiyasında olan rayon (şəhər), ağır cinayətlər məhkəmələrinin və həmin apellyasiya məhkəməsinin dövlət ittihamçılarının iştirakı ilə Şirvan şəhər prokurorluğunun inzibati binasında keçirilib.

Mubarizciler.az xəbər verir ki, İclasda Baş prokuror Kamran Əliyevin dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin səmərəliliyinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələri diqqətə çatdırılıb.

Eyni zamanda dövlət ittihamçılarının fəaliyyəti ilə əlaqədar qarşıda duran vəzifələr, vahid məhkəmə təcrübəsi və cəza siyasətinin formalaşdırılmasında dövlət ittihamçılarının rolu, istintaq qurumları ilə səmərəli qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub. İstintaq qurumlarının fəaliyyətində bəraət hökmlərinin qəbul edilməsi, işlərin geri qaytarılması ilə nəticələnən pozuntu və çatışmazlıqlar, onların aradan qaldırılması yolları, habelə protestlərin verilməsi təcrübəsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

(Baş Prokurorluğun mətbuat xidməti)




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar