Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda şəhid Eldəniz Bağırovun ailəsi ziyarət edilib Fotolar

Tarix: 02-05-2026 21:13     Baxış: 2 373

Gotanboyd I-ci Qarabağ müharibəsi şəhidi Bağırov Eldəniz Şanxay oğlunun həyat yoldaşı, Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Uşaq Birliyi Rəhbəri İsmayılova Xoşqədəm Hilal qızı ilə görüş keçirilmişdir. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev iştirak etdi.

Görüş zamanı şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan söhbət açılmış, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim uca tutulur və onların qəhrəmanlığı gənc nəsil üçün nümunədir.

Görüş çərçivəsində şəhid ailəsinin sosial vəziyyəti və qayğıları ilə maraqlanılmış, onların müraciət və təklifləri dinlənilib. Müvafiq dəstəyin göstərilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilmişdir. Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Sonda şəhidin əziz xatirəsi dərin ehtiramla yad edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar