Xəbər lenti

Müstəqim Məmmədovun rəhbərliyi ilə Tərtər RİH-də Müşavirə keçirilib Fotolar + Yenilənib

Tarix: 01-05-2026 20:49     Baxış: 462

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəsisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problemlərinin və sosial qayğılarının öyrənilib həlli istiqamətində tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqların icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlakların sığortalanması üçün maarifləndirmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyə və şəhərsalma-arxitektura tələblərinə uyğunluğu məsələləri müzakirə olunub. Həmçinin əkin sahələrinin suvarılmasında növbəliliyin təmin olunması, aqrar sahədə mövsümi işlər, pambıq səpininin gedişi, kümxanaların hazırlanması, Tərtər şəhəri və bütün yaşayış məntəqələrində yolkənarı ərazilərin təmizlik-abadlıq işləri, şəhid ailələrinin ziyarət olunması və sosial problemlərinin həllinə köməklik, yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlərin aparılması və Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Baku– Khankendi Azerbaijan Cycling Race” beynəlxalq velosiped yarışına hazırlıq işlərinin təşkili məsələləri müzakirə olunub.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar