Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboy məktəbində zərərli vərdişlərə qarşı maarifləndirici görüş keçirilib Fotolar

Tarix: 01-05-2026 18:48     Baxış: 1 757

Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Dəliməmmədli şəhər tam orta məktəbində narkomaniya, erkən nikah və dini radikalizmə qarşı maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə təhsil müəssisəsinin şagird və müəllim kollektivi ilə yanaşı, valideynlər də iştirak ediblər.

Çıxış edən Goranboy Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Məmməd Hüseynov qeyd edib ki, cəmiyyət üçün təhlükə yaradan bu kimi hallara qarşı mübarizədə maarifləndirmə mühüm rol oynayır. O, xüsusilə şagirdlərin zərərli vərdişlərdən uzaq tutulmasının, sağlam həyat tərzinin təşviqinin və milli-mənəvi dəyərlərə sadiqliyin vacibliyini vurğulayıb.

Tədbir zamanı iştirakçılara narkomaniyanın fəsadları, erkən nikahın yaratdığı sosial problemlər və dini radikalizmin təhlükələri barədə geniş məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Polis rəisi şagirdləri maraqlandıran sualları cavablandırıb. Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub və belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar