Goranboyda "Heydər Əliyev siyasəti kontekstində gənclər" adlı gənclər düşərgəsi təşkil edildi Fotolar + Yenilənib

Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun və Goranboy Olimpiya idman kompleksinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiynə həsr olunmuş "Heydər Əliyev siyasəti kontekstində gənclər" adlı gənclər düşərgəsi təşkil edildi.
Mubarizciler.az xəbər verir ki, Öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Mərkəzi Aparatının məsul şəxsi, qərb bölgəsi üzrə kurator Araz Salmanov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, şəhid ailələri, qazilər, ziyalılar, ictimai fəallar və gənclər tərəfindən ziyarət edilərək, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra Heydər Əliyev mərkəzinə ekskursiya təşkil edildi. Tədbir iştirakçıları Ulu Öndərin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş xüsusi videoçarxı izlədilər və fotostendlərə baxış keçirdilər.
Şəhidlər xatirə kompleksi ziyarət edilərək torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edildi.
Goranboy Olimpiya idman kompleksinin akt zalında keçirilən tədbirin açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.
Ulu öndərin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş xüsusi videoçarxı izlədi.
Çıxış edən icra başçısı Məhərrəm Quliyev bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu kimi ölkəmizin inkişafında, dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoymuş, beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Rayon rəhbəri çıxışında Ulu Öndərin zəngin siyasi irsini daim yaşatmalı, onun ideyalarına sadiq qalaraq dövlətimizin daha da güclənməsi naminə var qüvvəmizlə çalışmalı olduğumuzu qeyd etdi.
Çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev,YAP Mərkəzi Aparatının məsul şəxsi, qərb bölgəsi üzrə kurator Araz Salmanov, YAP idarə heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatın sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gənclərin karyera və inkişaf mərkəzinin direktoru Elçin Əliyev, Goranboy şəhər 2 nömrəli tam orta məktəbin direktoru İlhamə Qasımova, Şəhid mayor Əlövsət Məmmədovun oğlu Mətin Məmmədov və "Ən yaxşı təqdimat" müsabiqəsinin finalçısı Yasəmən Quliyeva Ulu Öndərin öz müdrikliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkəmizin inkişafında müstəsna rol oynadığını qeyd edərək, onun müəyyən etdiyi siyasi kursun Azərbaycanın davamlı inkişafına, xalqımızın rifahına və dövlətimizin beynəlxalq nüfuzunun artmasına xidmət etdiyini vurğuladılar. Bu gün əldə olunan uğurların Ümummilli Liderin uzaqgörən siyasətinin parlaq nəticəsi olduğu qeyd edildi.


Xəbəri paylaş







































0772703001 