Xəbər lenti
25-07-2026, 19:27
 

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Tarix: 30-04-2026 16:30     Baxış: 1 281

Sağlam həyatı seç, narkomaniyaya yox de!

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə rayon ərazisində yerləşən 10 məktəbdə təhsil alan 200 yaxın yuxarı sinif şagirdi iştirakı edib

Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyanın ən ağrılı probleminə çevrilən və “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlərdən, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan qətiyyətli tədbirlərdən danışıb. Tədbirdə erkən nikahların fəsadları mövzusuna da toxunulub və bu cür halların  fiziki və psixoloji inkişafı tamamlanmamış gənclər üçün ciddi sağlamlıq və sosial problemlər yaratdığı iştirakçıların diqqətinə çatdırılıb. 

Görüş zamanı narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar