Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təlimatçısı İsa Rüstəmovla görüş keçirilib Fotolar

Tarix: 28-04-2026 17:38     Baxış: 2 037

Avropa Çempionatının gümüş medalçısı, Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təlimatçısı İsa Rüstəmovla görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, görüşdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi sədri Kamil Baxşəliyev, Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Elçin Yusibov iştirak ediblər. 

Görüş zamanı Avropa çempionatında gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil edən idmançının əldə etdiyi nailiyyətlərdən bəhs edilib. Qeyd olunub ki, bu uğur gərgin məşqlərin, əzmkarlığın və məqsədyönlü fəaliyyətin nəticəsidir. Tədbirdə çıxış edənlər idmançını qazandığı nailiyyət münasibətilə təbrik edərək, gələcək yarışlarda daha böyük uğurlara imza atacağına əmin olduqlarını bildiriblər. İsa Rüstəmov isə öz növbəsində göstərilən diqqət və dəstəyə görə təşəkkürünü ifadə edib, bundan sonra da ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etmək üçün səylərini davam etdirəcəyini vurğulayıb. Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında atletimiz İsa Rüstəmov (71 kq) birdən qaldırma hərəkətində göstərdiyi 147 kq nəticə ilə gümüş medal qazanıb. Sonda İsa Rüstəmova Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edildi.

Gallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery Image




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar