Xəbər lenti

Anar Məmmədov Ağdərədə vətəndaşları qəbul edib Fotolar + Yenilənib

Tarix: 28-04-2026 15:13     Baxış: 1 064

Milli Məclisin deputatı Anar Məmmədov seçicilərlə yerində tanışlıq və mövcud məsələlərin operativ həlli məqsədilə Ağdərə rayonunun Talış kəndində növbəti vətəndaş qəbulu keçirib. 

Mubarizciler.az xəbər verir ki, görüşdə millət vəkili ilə yanaşı, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Mənzil fondunun idarə edilməsi və Məskunlaşma departamentinin Ağdərə şöbəsinin müdiri Emin Pənahov da iştirak edib.

Grüş zamanı işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurduna köçmüş sakinlərin müraciətləri dinlənilib. Qəbulda əsasən məşğulluq, məskunlaşma və torpaqların suvarılması ilə bağlı məsələlər səsləndirilib. Millət vəkili Anar Məmmədov sakinlərin hər bir müraciətini fərdi qaydada dinləyərək, qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həlli üçün müvafiq qeydlər götürüb. Bəzi müraciətlər yerindəcə həllini tapıb, araşdırma tələb edən digər məsələlərlə bağlı isə aidiyyatı qurumlara sorğuların göndəriləcəyi bildirilib.

Kənd sakinləri göstərilən diqqət və qayğıya, həmçinin mütəmadi keçirilən görüşlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar