Xəbər lenti
15-09-2026, 17:52
 

Şabran Polisi məktəblilərin qonağı olub Fotolar

Tarix: 27-04-2026 13:16     Baxış: 1 022

Şabranda şagirdlərlə görüş – zərərli vərdişlərə qarşı maarifləndirmə

Mubarizciler.az xəbər verir ki, Şabran Rayon Polis Şöbəsi Şahnəzərli kənd tam orta məktəbində şagirdlərlə profilaktik görüş təşkil edib.

Tədbir çərçivəsində yeniyetmələrlə zərərli vərdişlərin fəsadları, xüsusilə narkomaniyanın yaratdığı risklər və erkən nikahın gələcək həyatlarına mənfi təsirləri barədə açıq müzakirələr aparılıb. Şagirdlərə düzgün seçim etməyin və məsuliyyətli davranışın əhəmiyyəti çatdırılıb. 

Görüşün gedişində RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov çıxış edərək vurğulayıb ki, gənclər öz gələcəklərini qorumaq üçün zərərli təsirlərdən uzaq durmalı, bilik və inkişaf yolunu seçməlidirlər. Həmçinin tədbirdə Polis Akademiyası barədə məlumat verilib, təhsil müəssisəsinə qəbul olmaq istəyənlər üçün mövcud imkanlar diqqətə çatdırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar