Xəbər lenti

Ağstafada Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib Fotolar

Tarix: 24-04-2026 23:52     Baxış: 742

Ağstafada görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib

Mubarizciler.az xəbər verir ki, Ağstafa  Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan tədbirdə RİH başçısı Seymur Orucov, rayonun səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və akademik  Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan RİH başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır. Zərifə xanım Əliyeva da məhz belə seçilmiş şəxsiyyətlərdən olub. Sonra “Ağsafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məsul əməkdaşı Ləman Abdullayeva, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktor müavini Lalə Yusifzadə və rayon Uşaq-gənclər inkişaf mərkəzinin dərnək rəhbəri Firuzə Məmmədovanın çıxışları dinlənilib. Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb, onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. O, yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb.

Daha sonra ağstafalı şagirdlər - Erkin Xəlilzadə, Nuray Məhərrəmli, Aylin Bayramlı və Faiq Vəlizadə Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” kitabından seçilmiş şeirlərdən ibarət bədii kompozisiya səsləndiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar