Xəbər lenti

Mətin Kərimli Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub Fotolar + Yenilənib

Tarix: 24-04-2026 20:31     Baxış: 469

Təhsil Nazirliyinin Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Mubarizciler.az xəbər verir ki, Aprelin 24-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Tərtər rayonuna səfər edib.

Səfər çərçivəsində Aparat rəhbəri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi və Tərtər şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasını ziyarət edib, tədris prosesi və müəssisələrin şəraiti ilə maraqlanıb. Məktəblə tanışlıq zamanı “Rəqəmsal bacarıqlar” layihəsi, eləcə də  çağırışaqədərki hazırlıq fənni üzrə dərs prosesi izlənilib, şagird və müəllimlərlə söhbət aparılıb, onların təklif və rəyləri dinlənilib. Səfər çərçivəsində Tərtər Peşə Məktəbinə də baxış keçirilib, burada tədris imkanları, ixtisas hazırlığı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alınıb. Aparat rəhbəri sözügedən müəssisədə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı müvafiq tapşırıqlar verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar