Xəbər lenti
15-09-2026, 17:52
 

Nazir “Yüksəliş”in qalibləri ilə görüşdü Fotolar

Tarix: 24-04-2026 13:05     Baxış: 973

Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Xəlilov və Kamran Sadıxlı ilə görüşüb. 

Mubarizciler.az xəbər verir ki, görüş zamanı qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının gücləndirilməsi və dövlət idarəçiliyində insan kapitalının inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir perspektivli kadrların potensialının düzgün istiqamətləndirilməsinin və onların qərarvermə proseslərinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, onlara öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyi tövsiyə edib.

Görüş çərçivəsində qaliblərin sualları cavablandırılıb, onların fərdi inkişaf planları və karyera hədəfləri müzakirə olunub. Nazir qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və mentorluq proqramının onların peşəkar formalaşmasına mühüm töhfə verəcəyini qeyd edib. 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar