Xəbər lenti
25-07-2026, 19:27
 

Sağlam Gələcək Naminə Maarifləndirici Addımlar Fotolar

Tarix: 24-04-2026 10:51     Baxış: 1 092

Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax rayon filialında və rayonun Aşağı Əskipara kənd tam orta məktəbində narkomaniya, erkən nikah və dini radikalizm mövzularına həsr olunmuş maarifləndirici tədbirlər keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirlərdə təhsil müəssisələrinin pedaqoji kollektivi, tələbə və şagird heyəti fəal iştirak edərək mövzular ətrafında aparılan müzakirələrə böyük maraq göstəriblər. 

Tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Sənan Əsədov cəmiyyətin gələcəyinin sağlam təməllər üzərində qurulmasının vacibliyini vurğulayaraq bildirib ki, düzgün istiqamətləndirmə hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. O qeyd edib ki, narkomaniya insan həyatını tədricən məhv edən, erkən nikah fərdlərin inkişaf imkanlarını məhdudlaşdıran, dini radikalizm isə cəmiyyətin sabitliyinə ciddi təhlükə yaradan amillərdəndir. Polis polkovniki çıxışında həmçinin vurğulayıb ki, bu kimi mənfi halların qarşısının alınması yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda ailə, məktəb və bütövlükdə cəmiyyətin birgə səylərini tələb edir. O, iştirakçılara səslənərək düzgün seçim etməyin, sağlam həyat tərzinə üstünlük verməyin və milli-mənəvi dəyərlərə sadiq qalmağın vacibliyini xüsusi olaraq diqqətə çatdırıb.

Səmimi və interaktiv şəraitdə keçən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara hüquqi və maarifləndirici tövsiyələr verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar