Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili ÇERNOBIL FACİƏSİ Goranboyda qeyd edildi Fotolar + Yenilənib

Goranboyda Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.
Çernobıl Atom Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 40 il ötür.
Mubarizciler.az xəbər verir ki, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Seymur Nazarov, Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Onışenko Andriy İhorovıç və “Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirəhəsən Həsənov, ictimaiyyət nümayəndələri və bir qrup çernobıl əlilləri iştrak etmişdir.
Tədbir iştrakçıları ilk öncə Goranboy Şəhidlər Xatirə kompleksini və Çernobıl abidəsi ziyarət edilərək şəhidlərimizin və faciə qurbanlarının xatirəsi ehtiramla yad etdilər.
Daha sonra tədbir iştirakçıları ilə keçirilən görüşdə Çernobıl faciəsinin nəticələri və hadisədən zərər çəkmiş insanların xatirələri yad edilərək onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıldı.
1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət hesab olunur. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Ümumilikdə yeddi minə yaxın insan həyatını itirib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, onminlərlə insan isə sonsuz qalıb. Bu qorxunc partlayış nəticəsində Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı zonadan 350 minədək insan köçürülüb, ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb ki, onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlar olub. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatına yeddi min azərbaycanlı da cəlb edilib. Onlardan 2 000 nəfəri şüalanmadan dünyasını dəyişib, qalanları isə ömürlük əlil olublar. Qeyd edək ki, Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb. BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.


Xəbəri paylaş







































0772703001 