Xəbər lenti

Müstəqim Məmmədov Azad Qaraqoyunlu kəndində vətəndaşlarla görüşüb Fotolar + Yenilənib

Tarix: 23-04-2026 21:41     Baxış: 455

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Növbəti qəbul rayonun Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyinin Azad Qaraqoyunlu kəndində keçirilib.Qəbulda icra başçısı ilə yanaşı, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin rəisi müavini Elxan Zamanov, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər. Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri Azad Qaraqoyunlu kəndində kəndin ümumi vəziyyəti ilə tanış olmuş, sosial infrastruktur obyektlərinin mövcud vəziyyəti və əhalinin məşğulluq imkanları ilə maraqlanmışdır.

Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır. Qeyd olunub ki, Azad Qaraqoyunlu kəndinin 1499 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 6 ticarət obyekti, 2 iaşə obyekti, 2 məişət obyekti, 8 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 758 baş iribuynuzlu, 640 baş xırdabuynuzlu heyvan, 5138 baş quş və 98 arı ailəsi saxlayırlar. Son üç ildə Azad Qaraqoyunlu kəndində su arxları 6400 m sahələrarası su arxları  lildən təmizlənib, kəndarası yolların 2200 metri  çınqıl daşı ilə təmir edilib, kənd ərazisinə 110 ədəd müxtəlif növ ağaclar əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından  təmizlənib, məişət tullantılarının tökülməsi üçün 3 ədəd quyu qazılıb. Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Görüş zamanı həmçinin Azad Qaraqoyunlu kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir. Kənddə içməli su üçün 1 ədəd artezian quyusunun, 2 suvarma üçün artezian quyusunun qazılmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, ehtiyac olduğu bildirilib. Qəbul zamanı Azad Qaraqoyunlu kənd sakinlərindən Arif Hüseynov kəndin elektrik xətlərinin kabelləşdirilməsi, Amin Həsənov elektrik dirəklərinin dəyişdirilməsi, Məhərrəm Abbasov pay torpaq sahəsinə gedən yolun zəbt olunması, Gültəkin Həsənova yaşadıqları küçədə yol kənarına tökülmüş məişət tullantılarının təmizlənməsi, Aybəniz Rəhimova ilkin tibbi yardımla bağlı, İlqar Hüseynov yaşadığı küçənin elektrik xətlərinin təmir olunması, Habil Məmmədov Azad Qaraqoyunlu kənd ümumi orta məktəbin istfadə olunmayan köhnə binasının kənd körpələr evi- uşaq bağçasının istfadəsinə verilməsi, İsmayıl Şahməmmədov kənd təsərrüfatı texnikalarının magistral yola çıxmasına icazə verilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır. Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar