Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Vilayət Eyvazov Göyçayda vətəndaşları qəbul edəcək Foto

Tarix: 23-04-2026 12:07     Baxış: 1 904

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Mubarizciler.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Göyçay, İsmayıllı, Şamaxı, Ağdaş, Ucar, Qobustan və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.

 Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı aprelin 25-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 26-da 08:00-da Göyçay Olimpiya İdman Kompleksində keçiriləcək.

 Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar