Xəbər lenti

Anar Məmmədov seçicilərini qəbul edib Fotolar + Yenilənib

Tarix: 22-04-2026 18:19     Baxış: 658

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Yuxarı Qapanlı kəndində sakinlərin növbəti qəbulunu keçirib. 

Mubarizciler.az xəbər verir ki, seçicilərin müraciətlərini yerindəcə dinləmək və mövcud problemlərin həlli yollarını müzakirə etmək məqsədilə təşkil olunan qəbulda Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, şəhid ailələrinin üzvləri, qazilər və kənd ağsaqqalları iştirak edərək kəndin ümumi qayğılarını və fərdi müraciətləri diqqətə çatdırıblar.

Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən kəndin içməli su xəttinin çəkilişi və mövcud su təminatının yaxşılaşdırılması, sakinlərin, xüsusilə gənclərin işsizlik probleminin aradan qaldırılması və məşğulluq imkanlarının artırılması olub. 

Anar Məmmədov çıxış edərək bildirib ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq, regionlarda əhalinin rifahının yüksəldilməsi və infrastruktur layihələrinin icrası daim diqqət mərkəzindədir. O, səsləndirilən hər bir müraciətin qeydiyyata alındığını və qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həlli üçün müvafiq qurumlar qarşısında vəsatət qaldırılacağını, kənd sakinlərinin müraciəti əsasında su probleminin öz həllini tapacağını vurğulayıb. 

Kənd sakinləri göstərilən diqqət və qayğıya, həmçinin mütəmadi keçirilən görüşlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.











Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar