Xəbər lenti
15-09-2026, 17:52
 

İki güləşçimiz final görüşünə çıxır

Tarix: 22-04-2026 12:22     Baxış: 1 211

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Mubarizciler.az ın məlumatına görə, bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.

Elnurə Məmmədova (50 kq) təsnifat mərhələsində Polşa idmançısı Aqata Valerzakla üz-üzə gələcək.

Günay Qurbanova (59 kq) isə 1/4 finalda almaniyalı Elena Bruqqerlə qarşılaşacaq.

Bu gün həmçinin, Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yer uğrunda Suner Konunovla (UWW) qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar