Anar Tağıyev şəhid anasını ziyarət edib Fotolar

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Əliyev Qara Kamal oğlunun anası Minayə Əliyevanı Cırdaxan kəndində yaşadığı evdə ziyarət edib.
Mubarizciler.az xəbər verir ki, Ziyarət zamanı şəhid ailəsinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.
Şəhid Qara Əliyevin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, onun xatirəsinin daim əziz tutulduğu bildirilib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərində qazanılan qələbələr sayəsində düşmən diz çökdürülüb, ölkəmizin ərazi bütövlüyü tam təmin olunub. Görüş zamanı şəhid anasının qayğıları dinlənilib, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıq və tövsiyyələr verib. Minayə Əliyevə Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.Ziyarət səmimi söhbət və xoş təəssüratlarla başa çatıb.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qara Kamal oğlu Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Xəbəri paylaş







































0772703001 