Xəbər lenti
15-09-2026, 17:52
 

Anar Məmmədov şəhid Emin Abbaszadənin ailəsini ziyarət edib Fotolar

Tarix: 20-04-2026 11:26     Baxış: 1 582

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində şəhid Abbaszadə Emin Faiq oğlunun ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Ziyarət zamanı şəhid Emin Abbaszadənin əziz xatirəsi ehtiramla yad olunub, onun Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıq yolundan bəhs edilib. Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Deputat şəhid ailəsinin gündəlik qayğıları ilə yaxından maraqlanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar