Xəbər lenti
25-07-2026, 19:27
 

Şəkidə dövlət ittihamının müdafiəsi üzrə növbəti regional iclas keçirilib - Fotolar

Tarix: 20-04-2026 11:21     Baxış: 1 288

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən regional iclasların keçirilməsi davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, bu çərçivədə növbəti iclas Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan rayon (şəhər), ağır cinayətlər və apellyasiya məhkəmələrində fəaliyyət göstərən dövlət ittihamçılarının iştirakı ilə Şəki rayon prokurorluğunun inzibati binasında keçirilib. 

İclasda Baş prokuror Kamran Əliyev tərəfindən dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində verilmiş tapşırıq və tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, dövlət ittihamçılarının qarşısında duran əsas vəzifələr, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və cəza siyasətinin həyata keçirilməsində onların rolu müzakirə olunub, istintaq qurumları ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda bəraət hökmlərinin qəbul edilməsi, cinayət işlərinin ibtidai istintaqa geri qaytarılması ilə nəticələnən maddi və prosessual pozuntular və digər çatışmazlıqlar təhlil olunub, onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb, protestlərin verilməsi təcrübəsi müzakirə edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar