Xəbər lenti

Dputat: “Azərbaycan regionun rifahını nəzərə alan konstruktiv mövqe sərgiləyir”

Tarix: 19-04-2026 22:26     Baxış: 609

Beynəlxalq münasibətlər sistemində artan gərginliklər fonunda diplomatik platformaların əhəmiyyəti daha da artır. Bu baxımdan Antalya Diplomatiya Forumu da qlobal dialoq üçün mühüm müzakirə məkanlarından biri kimi diqqət çəkir. Forumun növbəti toplantısı da müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək aktual problemlərin həll yollarını müzakirə etmək imkanı yaratdı.

Forumun yekunları göstərir ki, müasir dövrdə dayanıqlı sülhün təmin olunması yalnız siyasi bəyanatlarla deyil, real təşəbbüslər və etibarlı tərəfdaşlıq mühitinin yaradılması ilə mümkündür. Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi diqqət çəkdi. Azərbaycan bu forumda da regional sabitliyin təmin olunmasında aktiv iştirak edən, sülh gündəliyini irəli aparan və əməkdaşlıq platformalarını təşviq edən ölkə kimi çıxış etdi.

Cənab Prezident forum çərçivəsində çoxsaylı görüşlər keçirdi. Rəsmi Bakı post-münaqişə dövründə bərpa, reinteqrasiya və uzunmüddətli sülhün qurulması ilə bağlı mövqeyini bir daha nümayiş etdirdi. Xüsusilə, regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi kimi məsələlər Azərbaycanın diplomatik xəttinin prioritet istiqamətləri kimi təqdim olundu. Bu yanaşma ölkənin yalnız öz milli maraqlarını deyil, ümumilikdə regionun rifahını nəzərə alan konstruktiv mövqe sərgilədiyini göstərir. Forumda Azərbaycanın sülh təşəbbüskarı kimi çıxışı onun beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirdi. Rəsmi Bakı münaqişələrin həllində beynəlxalq hüquqa əsaslanan prinsipləri dəstəklədiyini və dialoqa açıq olduğunu vurğuladı. Bu isə Azərbaycanın etibarlı tərəfdaş və sabitlik adası kimi qəbul olunmasına zəmin yaradır. Bununla yanaşı, enerji təhlükəsizliyi və nəqliyyat layihələri sahəsində Azərbaycanın rolu da diqqət mərkəzində oldu. Avropa və Asiya arasında körpü rolunu oynayan ölkə, enerji resurslarının şaxələndirilməsi və təhlükəsiz çatdırılması baxımından mühüm tərəfdaş kimi çıxış edir. Bu amil də Azərbaycanın diplomatik təşəbbüslərinin yalnız siyasi deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Bu fonda ölkəmizin uğurlarını həzm edə bilməyən, qarayaxma kampaniyaları həyata keçirən antimilli dairələrin iddialarının heç bir əsası olmadığı bir daha təsdiqini tapır. Öz kommersiya maraqları naminə təxribatçı dairələrin alətinə çevrilən bu çevrələr də Azərbaycanın beynəlxalq güc kimi qəbul olunduğunu yaxşı dərk edir. Sadəcə, milli maraqları maddi maraqlara qurban verərək öz çirkin simalarını ifşa etmiş olurlar.


Könül Nurullayeva

Millət vəkili



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar