Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboy rayonunda abadlıq və təmizlik işləri davam etdirilir Fotolar + Yenilənib

Tarix: 18-04-2026 13:41     Baxış: 1 162

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun şəkildə genişmiqyaslı abadlıq və təmizlik işləri davam etdirilir.

Mubarizciler.az xəbər verir ki  Rayon ərazisindən keçən Bakı–Qazax avtomobil yolu boyunca, eləcə də yaşayış məntəqələrində – Goranboy şəhəri, Qızılhacıllı və Qazanbulaq qəsəbələri, həmçinin Veyisli, Rəhimli, Nərimanlı, Balakürd, Yeniyol və Xan Qərvənd kəndlərinin yolkənarı ərazilərində mütəmadi olaraq məişət tullantılarının təmizlənməsi və ətraf mühitin abadlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Görülən işlər çərçivəsində işıq dirəkləri rənglənmiş, avtobus dayanacaqları səliqəyə salınmış, yaşıllıq sahələrində biçin işləri aparılaraq ərazilərin ümumi estetik görünüşü əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Həyata keçirilən tədbirlərin əsas məqsədi rayon ərazisində təmizlik və abadlıq səviyyəsinin daha da yüksəldilməsi, ictimai məkanların səliqəli saxlanılması və vətəndaşlar arasında bu sahədə məsuliyyət hissinin artırılmasıdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar