Eyvaz Hüseynov 320 ailəlik Xocavənd qəsəbəsində səyyar qəbul keçirdib Fotolar + Yenilənib

16 aprel 2026-cı il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon sakinləri, idarə və təşkilat rəhbərləri, eləcə də İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı qəbulda çıxış edərək bildirmişdir ki, dünyada mürəkkəb geosiyasi proseslərin, iqtisadi qeyri-sabitliyin və münaqişələrin davam etdiyi bir dövrdə cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti möhkəm siyasi sabitliyini qoruyub saxlamış, sosial-iqtisadi inkişafını uğurla davam etdirərək milli maraqlarını qətiyyətlə təmin etmişdir.
Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq səviyyədə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasəti xüsusi vurğulanmışdır. Bu dövrün ən strateji və qürurverici istiqaməti, şübhəsiz ki, Qarabağın yenidən qurulması və "Böyük Qayıdış" proqramının uğurlu icrasıdır. Qeyd edilmişdir ki, Qarabağda həyata keçirilən layihələr regionun gələcək iqtisadi dayanıqlığını təmin etməklə yanaşı, həm də tarixi-mədəni irsimizin beynəlxalq səviyyədə təbliğinə geniş imkanlar yaradır.
2026-cı ilin ilk rübü ərzində cənab Prezident Xocavənd rayonuna iki dəfə səfər etmiş, vətəndaşların problemləri ilə maraqlanmış onlara yeni evlərin açarlarını təqdim etmişdir. Fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar. Mart ayının 18-də Xocavənd rayonun Xanoba kəndinə ilk sakinlərin çöçürüldü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Qarabağa Böyük Qayıdış prosesi planlı, təhlükəsiz və mərhələli şəkildə həyata keçirildiyini və Xocavənd rayonunun bərpasının surətləndiyini qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd rayonuna səfər etməsi, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması bunun bariz nümunəsi olduğunu bildirdi.
Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.



Xəbəri paylaş







































0772703001 