Xəbər lenti

"Şahin" hərbi-idman oyunu üzrə Goranboy rayon birinciliyi keçirildi Fotolar + Yenilənib

Tarix: 17-04-2026 10:40     Baxış: 840

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq 16 aprel 2026-cı il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin X və XI sinif şagirdlərindən ibarət komandalar arasında “Şahin” hərbi-idman oyunu üzrə Goranboy rayon birinciliyi keçirildi. 

Mubarizciler.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

Tədbirdə Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycanın suverinliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 Tədbirin açılış mərasimində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov çıxış edərək "Şahin" hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətini, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük təsiri olduğunu qeyd edərək yarışın iştirakçılarına uğurlar arzuladılar. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi, Goranboy UGİM, Goranboy UGİŞM, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru, SHXÇDX-nın Goranboy rayon şöbəsinin əməkdaşları, yarışın hakimləri və hərbi-hazırlıq müəllimləri iştirak etdilər.

Birincilikdə Goranboy rayon ümumtəhsil məktəblərindən 36 komanda olmaqla 497 nəfər şagird qalibiyyət uğrunda mübarizə aparmışdır.


Yekun nəticəyə əsasən:


Yer - Dəliməmmədli şəhər tam orta ümumtəhsil məktəbinin komandası

 Yer - Zeyvə kənd tam orta ümumtəhsil məktəbinin komandası Yer - Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası

 Yarışda birinci yeri qazanmış komanda "Şahin" hərbi-idman oyunu üzrə zona mərhələsində Goranboy rayonunu təmsil edəcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar