Müstəqim Məmmədov Cəmillidə səyyar görüş keçirdib Fotolar + Yenilənib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.
Mubarizciler.az xəbər verir ki, Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Növbəti qəbul rayonun Cəmilli kənd İƏD üzrə nümayəndəliyinin Cəmilli kəndində keçirilib.Qəbulda icra başçısı ilə yanaşı, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər. Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri Cəmilli kəndində kəndin ümumi vəziyyəti ilə tanış olmuş, sosial infrastruktur obyektlərinin mövcud vəziyyəti və əhalinin məşğulluq imkanları ilə maraqlanmışdır. Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır.
Qeyd olunub ki, Cəmilli kəndinin1659 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 2 ticarət obyekti, 1 iaşə obyekti, 2 məişət obyekti, 4 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 614 baş iribuynuzlu, 1116 baş xırdabuynuzlu heyvan, 4825 baş quş və 75 arı ailəsi saxlayırlar. Son üç ildə Cəmilli kəndində su arxları 7500 m sahələrarası su arxları lildən təmizlənib, kəndarası yolların 3500 metri çınqıl daşı ilə təmir edilib, kənd ərazisinə 350 ədəd müxtəlif növ ağaclar əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından təmizlənib,məişət tullantılarının tökülməsi üçün iki quyu qazılıb.Cəmilli kənd tam orta məktəbində yanğından mühafizə üçün su hovuzu tikilib, istilik sistemi yenidən qurulub. 16 ailənin gediş-gəliş yolunu təmin etmək üçün Sarov arxının üzərində olan körpü təmir edilib.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib. Görüş zamanı həmçinin Cəmilli kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir.Kənddə 2 suvarma üçün artezian quyusunun qazılmasına,elektrik təsərrüfatının yenidən qurulmasına,Cəmilli-Dəmirçilər yolunun əsaslı təmirinə ehtiyac olduğu bildirilib. Qəbul zamanı Cəmilli kənd sakinlərindən Fövqiyyə Həsrətova, Fərid Məmmədov işlə təmin olunma, Hüseyn İmaməliyev asvalt yolun çökmüş hissəsinin təmir olunması, piyada keçidi üçün yol nişanlarının quraşdırılması, sənədsiz kənd təsərrüfatı texnikalarının asfalt yola çıxmasına icazə verilməsi, Rahilə Bürcəliyeva icarəsində olan torpaq sahəsinin icarə müddətinin uzadılması, Mehman Orucov kəndarası yola çınqıl daşı tökülərək hamarlanması, Sənəm Abdullayeva həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, Mahir Həsənov yol kənarında dayanacağın quraşdırılması, Teymur Kərimov su arxına qapının quraşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır. Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






Xəbəri paylaş







































0772703001 