Xəbər lenti

YAP Goranboy rayon təşkilatında yubiley yaşı tamam olan partiya veteranları ilə görüş keçirildi Fotolar

Tarix: 16-04-2026 14:41     Baxış: 1 778

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı tərəfindən partiyanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyəti, təşkilati işlərdə fəal iştirakı və partiya ideyalarının təbliğində göstərdikləri xidmətlərə görə bir qrup partiya veteranları ilə görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, dəyirmi masa ətrafında təşkil olunmuş görüşdə YAP rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək partiya veteranlarının Yeni Azərbaycan Partiyasının möhkəmlənməsində, təşkilati strukturunun inkişafında və gənc nəsildə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm rol oynadıqlarını xüsusi vurğulamışdır.

Sonra Samir Qocayev onları yubiley yaşları münasibəti ilə təbrik edərək gələcək həyatlarında möhkəm cansağlığı, firavanlıq və ictimai fəaliyyətlərində davamlı uğurlar arzulamışdır. Daha sonra yubiley yaşı tamam olan partiya veteranları YAP Goranboy rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar. Partiya veteranları isə göstərilən diqqət və qayğıya görə partiya rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək bundan sonra da partiyanın fəaliyyətində yaxından iştirak edəcəklərini bildirmişlər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar