Göygöldə Ağsaqqallar Şurasının yeni üzvləri ilə görüş keçirilib Fotolar

Göygöldə rayon Ağsaqqallar Şurasının yeni üzvləri ilə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan seçki yığıncağında Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vüqar Novruzov, eləcə də rayon ziyalıları, ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və şərəfli həyat yolunu əks etdirən foto-eksponatlarla tanış olublar.
RİH-nin başçısı çıxışında Ağsaqqallar Şurasının cəmiyyət həyatındakı mühüm rolundan danışaraq, ağsaqqalların milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və ictimai həmrəyliyin gücləndirilməsində əvəzsiz xidmətlər göstərdiklərini qeyd edərək bu istiqamətdə Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik ənənələrinin və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin mühüm rol oynadığını vurğulayıb, Şuranın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini çıxışında ölkədə ağsaqqallar institutunun inkişafından bəhs edərək bu institut dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edərək, ağsaqqalların gənclərə örnək olduğunu, milli birlik və sabitliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Sonra təşkilati məsələlər müzakirə olunub, Rayon Ağsaqqallar Şurasının sədri seçilib, yeni tərkibi formalaşdırılıb. Yığıncaq qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müzakirələrlə davam edib.







Xəbəri paylaş







































0772703001 