Xəbər lenti

Gəncədə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə geniş tərkibdə görüş keçirilib Fotolar + Yenilənib

Tarix: 16-04-2026 13:30     Baxış: 567

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə geniş tərkibdə görüş təşkil olunub. 

Mubarizciler.az xəbər verir ki, görüşdə İdarənin müdir müavini Elmin Məmmədtağıyev, struktur bölmə rəhbərləri və əməkdaşlar, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər, eləcə də olimpiada final mərhələsinə vəsiqə qazanan şagirdlər iştirak ediblər.

Tədbirin əsas məqsədi şagirdlərin əldə etdikləri nailiyyətləri dəyərləndirmək, onları növbəti mərhələdə daha yüksək nəticələr əldə etməyə həvəsləndirmək və müəllim-şagird əməkdaşlığının rolunu vurğulamaq olub.

Tədbiri giriş sözü ilə açan Elmin Məmmədtağıyev çıxışında şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib, bu nailiyyətin müəllimlərin əməyi və düzgün istiqamətləndirmənin nəticəsi olduğunu qeyd edib. O, Respublika fənn olimpiadalarının şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların analitik düşüncə qabiliyyətinin formalaşmasında və sağlam rəqabət mühitinin yaradılmasında mühüm rol oynadığını vurğulayıb. E.Məmmədtağıyev çıxışında həmçinin bildirib ki, bu cür uğurlar regionda təhsilin keyfiyyətinin yüksəldiyini göstərir və gələcəkdə daha böyük nailiyyətlər üçün zəmin yaradır. O, final mərhələsində iştirak edəcək bütün şagirdlərə uğurlar arzulayaraq onların regionu yüksək səviyyədə təmsil edəcəklərinə inamını ifadə edib. Görüş çərçivəsində digər çıxışçılar şagirdlərin əldə etdikləri nəticələri yüksək qiymətləndirərək onların hazırlıq prosesində göstərdikləri səylərdən, müəllim-şagird əməkdaşlığının əhəmiyyətindən və təhsildə motivasiyanın rolundan danışıblar. Bildirilib ki, olimpiadalar şagirdlərin fənlərə marağının artırılmasında və istedadlı uşaqların üzə çıxarılmasında mühüm platformadır.

Daha sonra çıxış edən şagirdlər onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Onlar çıxışlarında əldə etdikləri uğurların məsuliyyətini dərk etdiklərini, final mərhələsində daha yaxşı nəticələr qazanmaq üçün səylərini artıracaqlarını və regionu layiqincə təmsil etməyə çalışacaqlarını qeyd ediblər.

Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar