Xəbər lenti
10-11-2026, 14:20
 

Binəqədi polisi əməliyyat keçirdib - 6 nəfər saxlanıldı

Tarix: 16-04-2026 12:59     Baxış: 1 008

54 kiloqramlıq narkotik əməliyyatları: 6 nəfər saxlanıldı.

Mubarizciler.az ın məlumatına görə, Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 54 kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb. Onlardan külli miqdarda marixuana, tiryək və psixotrop tərkibli həblər aşkarlanıb.

Araşdırmalar zamanı saxlanılan şəxslər narkotikləri sosial şəbəkələr vasitəsilə əlaqə saxladıqları, şəxsiyyətləri istintaqla araşdırılan xarici vətəndaşlardan əldə etdiklərini və paytaxt ərazisində yaymağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklər cəmiyyətin gələcəyinə yönəlmiş ən böyük təhdidlərdəndir. Bu bəlanın qarşısının alınması hər kəsin məsuliyyətidir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar