Xəbər lenti

Ağstafa Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib Fotolar + Yenilənib

Tarix: 16-04-2026 12:41     Baxış: 448

Ağstafa Rayon Ağsaqqallar Şurasının seçki konfransı keçirilib. Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən konfransda RİH başçısı Seymur Orucov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, Şuranın üzvləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki , onfrans iştirakçıları əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə böyük ehtiramlarını bildiriblər.

Konfrans işinə, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin, Ağstafa Rayon Ağsaqqallar Şurasının mərhum sədri Hüseyn Hüseynovun və digər rayon ağsaqqallarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Konfransı giriş nitqi ilə açan Seymur Orucov ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan bəhs edib. Ağstafa rayon əhalisinin hər zaman dövlətçiliyin keşiyində durduqlarını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini bildirib. 

Sonra Ağstafa Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Gülgün Kərimov tərəfindən konfransın gündəliyi səsə qoyulub və qəbul edilib. Gündəlikdə əsas məsələlər Ağstafa Rayon Ağsaqqallar Şurasının yeni sədrinin seçilməsi və təşkilatın İdarə Heyətinin yenidən formalaşdırılması olub. 

Tədbirdə çıxış edən Ağstafa Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və digər natiqlər ağsaqqalların ölkəmizdəki nüfuzundan, ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən ətraflı söz açıblar. Yaşadığımız süni intellekt dövründə gənclərimizlə daha çox iş aparmağın vacibliyini önə çəkərək onları yad təsirlərdən qorumağı, gənc nəslə vətənpərvərlik və milli-mənəvi dəyərlərin aşılanmasını bu günün ən mühüm məsələsi kimi vurğulayıblar. 

Çıxışçılar tərəfindən Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə təşkilatın İdarə Heyətinin üzvü Sənan Mustafayevin namizədliyi irəli sürülüb. Vurğulanıb ki, Sənan Mustafayevin dövlətimiz qarşısında dəyərli xidmətləri, eləcə də yüksək nüfuzu və böyük hörməti ilə bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Sənan Mustafayev Ağstafa Rayon Ağsaqqallar Şurasına sədr seçilib.  Daha sonra Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə rayonun nüfuzlu ağsaqqallarının, ziyalılarının olduğu şəxslərin namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə Ağstafa Rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti formalaşdırılıb. 

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz nitqində tədbir iştirakçılarını salamlayıb, yeni seçilən sədri – Sənan Mustafayevi, eləcə də İdarə Heyətinin üzvlərini təbrik edərək onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, ağsaqqallar bundan sonra rayonun ictimai-siyasi və mədəni həyatında daha aktiv iştirak edəcək, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə, eləcə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinə böyük töhfələr verəcəklər. 

Ağstafa Rayon Ağsaqqallar Şurasının yeni sədri Sənan Mustafayev konfransda çıxış edərək öz adından və yeni seçilən üzvlər adından onlara göstərilən etimada görə hər kəsə öz minnətdarlığını ifadə edib. Şuranın fəaliyyətini bundan sonra da uğurla davam etdirməsi üçün bilik və təcrübələrini əsirgəməyəcəklərini bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar