Xəbər lenti
15-09-2026, 17:52
 

Yasamal Polisi məktəblilərlə maarifləndirici tədbir keçirdib

Tarix: 16-04-2026 00:03     Baxış: 833

Yasamal rayonunda yerləşən 60 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” və “Sosial şəbəkələrdən məktəblilərin istifadəsi” mövzularında maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə iştirak edən Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev narkomanlıq və onun yaratdığı təhlükələrdən danışıb, bu istiqamətdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib, neqativ halların aradan qaldırılması üçün uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir zamanı şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidləri ilə bağlı zəruri məlumatlar da verilib. Eyni zamanda sosial şəbəkələrdən düzgün və təhlükəsiz istifadə məsələsinə xüsusi diqqət çəkilib. Sonda şagirdlərin mövzularla bağlı sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar