Xəbər lenti

Orxan Abbasov Bayan kənd sakinləri ilə görüşüb Fotolar

Tarix: 15-04-2026 13:51     Baxış: 784

Aprelin 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Bayan kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, İcra başçısı Orxan Abbasov giriş nitqində deyib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, problemlərin yerində araşdırılaraq həll edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 

Daşkəsən rayonunda da sakinlərlə mütəmadi qaydada keçirilən görüşlərin məqsədi məhz vətəndaşları narahat edən məsələləri özlərindən eşitmək və onların həllinə dair müvafiq tədbirlər görməkdir. Rayon rəhbəri onu da vurğulayıb ki, hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyə uyğun şəkildə həll olunması üçün bütün zəruri addımlar atılır. Eyni zamanda, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması və vətəndaşların dövlət qayğısını daim hiss etməsi yönündə tədbirlər davam etdirilir. Daha sonra kənd sakinlərinin müxtəlif mövzularda istək və təklifləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılan məsələlərin icra edilməsi üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata alınıb. Səyyar qəbulda iştirak edən Bayan kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 14.04.2026-cı il tarixdə Bayan kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar